Müharibə aparan Rusiyada milyarderlərin sərvəti artır

 Müharibə aparan Rusiyada milyarderlərin sərvəti artır
  01 Mart 2024    Oxunub:1405
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 11,084 milyard dollar artıb.
"Bloomberg"in Milyarderlər İndeksinə görə, ilin əvvəlindən "Eurochem" və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 3,86 milyard dollar qazanc əldə edib. Onun sərvəti 22,7 milyard dollar təşkil edir.

Milyonçular: “Milyarderlər demokratiyaya təhdiddir”
Milyarderin sərmayələri və şəxsi aktivlərinin dəyəri qismən yerli medianın hesabatlarına və mətbuat xidməti rəsmilərinin təqdim etdiyi rəqəmlərə əsaslanır.

"Severstal"ın əsas səhmdarı Aleksey Mordaşovun isə sərvəti 2,08 milyard dollar artıraraq 23 milyarda çatıb.

Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin sərvəti 25,4 milyard dollara qədər çoxalıb. O, 1,49 milyard dollar qazanıb

Amma maliyyə itkisi ilə üzləşənlər də olub. Ən böyük itkini təbii qaz istehsalçısı "Novatek" şirkətinin səhmdarı Gennadi Timçenko verib. Onun sərvəti 1 milyard dollar azalaraq 13,2 milyarda düşüb.

Qeyd edək ki, agentlik 2012-ci ilin martından başlayaraq planetin 500 ən varlı adamının sərvətləri haqqında məlumatları özündə əks etdirən "Bloomberg Milyarderlər İndeksi"ni yayır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Milyarder  





Xəbər lenti