Erməni Rusiyada iş adamını güllələdi - Video

   Erməni Rusiyada iş adamını güllələdi -    Video
  01 Mart 2024    Oxunub:1100
Rusiyanın Krasnodar vilayətində Andronik Qriqoryan adlı erməni nigeriyalı iş adamını qətlə yetirib.
Mash.ru-nun məlumatına görə, Qriqoryan biznesmen Yaqub Həmidini 7 milyon rubl borca görə ov tüfəngi ilə güllələyib.

Hadisə Raşpilevskaya küçəsində, Yaqubun həmişə qəlyan çəkdiyi barın yaxınlığında baş verib. Bildirilir ki, Qriqoryan bir neçə il əvvəl "Havana" gecə klubuna və şəhərdəki bir neçə başqa şirkətə sahib olan Yaqubdan 7 milyon rubl borc alıb. Onu qaytara bilmədiyi üçün nigeriyalı biznesmen Qriqoryanın evini öz adına keçirib. Evsiz qalan Andronik iş adamını təhdid etməyə başlayıb.

Bu gün günorta saatlarlnda isə erməni Yaqubu ov tüfəngi ilə güllələyib. Həmidi təcili yardım gələnə qədər dünyasını dəyişib. Hazırda müstəntiqlər cinayətin təfərrüatlarını müəyyən etmək üçün hadisə yerində işləyirlər. Eyni zamanda İstintaq Komitəsi “Qətlə yetirmək” maddəsi ilə cinayət işi açıb. Buna əsasən, 55 yaşlı Andraniki 15 ilə qədər həbs cəzası gözləyir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti