Lavrov Ermənistana xəbərdarlıq etdi

  Lavrov Ermənistana xəbərdarlıq etdi
  02 Mart 2024    Oxunub:1176
Rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. “Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər.

Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”, - S.Lavrov bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti