Avropa Komissiyası Rusiyadan LNG idxalını məhdudlaşdırır

Avropa Komissiyası Rusiyadan LNG idxalını məhdudlaşdırır
  04 Mart 2024    Oxunub:827
Avropa Komissiyası Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa İttifaqına ixracını mərhələli şəkildə azaltmaq niyyətindədir. Belə ki, AK aprel ayından qaz ixracının qadağan edilməsinə dair direktivi qüvvəyə mindirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Avropa komissarı Kadri Simson jurnalistlərə deyib.

“Biz gözləyirik ki, Avropa Parlamenti apreldə Strasburqda keçiriləcək plenar iclasda bu direktiv üzrə yekun səsvermə keçirəcək. Bu, ölkələrimizə sanksiyalara əl atmadan Rusiyadan LNG idxalına qarşı hərəkətə keçməyə imkan verəcək”, - Simson bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti