Vyetnam parlamenti prezidentin istefasını təsdiqləyib

Vyetnam parlamenti prezidentin istefasını təsdiqləyib
  21 Mart 2024    Oxunub:943
Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) prezident Vo Van Txıonqun istefasını təsdiqləyib.
Bu barədə Vyetnam portalı məlumat yayıb. Müvafiq qərar parlamentin növbədənkənar iclasında qəbul edilib. Martın 20-də hakim Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi də Vo Van Txıonqun istefasını qəbul edib.

O, 2023-cü il martın 2-də prezident təyin edilib və 12 aydan bir qədər çox müddətə bu vəzifədə olub. Vyetnam konstitusiyasına görə, Milli Assambleya ölkənin ali qanunverici orqanıdır. Vyetnam rəhbərliyini təyin etmək və vəzifədən azad etmək səlahiyyətinə malikdir.

Qeyd olunub ki, Vo Van Txıonq partiya nizamnaməsinin bir neçə müddəasını pozub və buna görə də ictimaiyyətin mənfi reaksiyasına səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti