Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib
  19 Aprel 2024    Oxunub:1438
Azərbaycan Dövlət Teatr Muzeyində böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AzVision.az -a bildirilib ki, tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Cəfər Cabbarlının ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova ədibin yaradıcılığından, Azərbaycan mədəniyyətinə xidmətlərindən danışıb.

C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən, Teatr Muzeyinin fondunda qorunan materiallar əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir dramaturqun yaradıcılığı haqqında məruzələrlə davam edib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Məsmə Ağaverdiyeva ədibin "Ey dan ulduzu", Bakı Bələdiyyə Teatrının aktyoru Toğrul Rza isə "Məhkum Şərqə" və "Azərbaycan bayrağına" adlı şeirlərini səsləndiriblər. Qonaqlar həmçinin Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının "Azad bir quşdum" mahnısını dinləyiblər.

AzVision.az

Qalereya




Teqlər: yubiley   Cəfər-Cabbarlı  





Xəbər lenti