Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb
  30 Aprel 2024    Oxunub:1090
Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilir ki, o, 2022-ci ildə baş vermiş kütləvi iğtişaşlarla əlaqədar saxlanılıb.

Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Digər istintaq məlumatları məxfilik səbəbindən açıqlanmayıb.

Turqumbayev 2019-2022-ci illərdə Qazaxıstanın Daxili işlər naziri işləyib.

Xatırladaq ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. Prezident Kasım-Jomart Tokayev yaranmış xaosu çevriliş cəhdi adlandıraraq kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. İğtişaşlar zamanı 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti