Aksiyalara görə saxlanılan erməni hərbçilər döyülüblər

Aksiyalara görə saxlanılan erməni hərbçilər döyülüblər
  30 Aprel 2024    Oxunub:1135
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ermənistanın Azərbaycanla sərhhəd yerləşən Kiranç kəndində keçirilən etiraz aksiyalarında müqaviləli hərbi qulluqçular da qatılmışdılar. Sonradan hərbi polis onların hər birinin nəzarətə götürülməsi barədə məlumat yaydı. Yerli media isə iddia edir ki, həmin etirazçı hərbçilər zorakılığa məruz qalıblar.
Bu gün məsələyə reaksiya verən Ermənistan İstintaq Komitəsi mətbuatda gedən məqalələrin əsassız olduğunu iddia edib. Qurumun jurnalistlərə cavabında qeyd edilir ki, guya hərbçilərlə yalnız profilaktik söhbətlər aparılıb.

"Daşnaksütyun" da fəallaşdı - Radikal gənclər sərhədimizə toplanır - FOTO
“Hraparak” qəzetinin Kıranç kəndində aksiya iştirakçılarına qoşulduğu iddia edilən bir neçə hərbçiyə qarşı zorakılıq və hədə-qorxu gəlinməsi, onların şiddətli şəkildə döyülməsi iddiası reallığa uyğun gəlmir. Bu xəbərin heç bir əsas yoxdur”, - İstintaq Komitəsinin bəyanatında deyilir.

Bəzi müxalifətin nəzarətində olan saytlar isə komitənin yalan məlumat yaydığını yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti