Kəndlilər etiraz edir, erməni yepiskop isə "klip çəkdirir" - FOTOLAR

Kəndlilər etiraz edir, erməni yepiskop isə "klip çəkdirir"  - FOTOLAR
  02 May 2024    Oxunub:1179
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər daha çox Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.
Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Kirantsda ermənilərin tanınmış din xadimlərindən olan Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyanın fəallıq göstərməsi isə diqqət çəkir.

Məşhur erməni arxiyepiskop: "Paşinyan Allahsızdır"
Radikal çağırışları ilə seçilən yepiskop təkcə aksiyaların təşkilatçısı kimi görünmür, həm də şou-biznes nümayədələri kimi də özünü mediada reklam edir. O günboyu kənddə müxtəlif pozalarda fotolarını çəkdirərək mətbuata yayır.

Hətta jurnalist Narine Kirakosyan fotolardan kollaj hazırlayaraq "Mamul"da dərc etdiyi məqalədə polis qüvvələrini də aşağılayıb. O, yepiskopun qarşısını kəsən polislərlə bağlı məqaləsində “Geyindiyiniz şalvardan utanın. Müqəddəs Baqrat bu ölkə üçün döyüşür. Millətə, Ermənistana, kilsəyə qarşı çıxdınız" yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yepiskop  





Xəbər lenti