Tbilisidə etiraz aksiyaları yenidən başlayıb - FOTOLAR

   Tbilisidə etiraz aksiyaları yenidən başlayıb -    FOTOLAR
  02 May 2024    Oxunub:1051
Etirazçılar Tbilisinin mərkəzi Qəhrəmanlar meydanını nəqliyyatın hərəkətinə bağlayıblar. Rustaveli prospektində, parlamentin qarşısında nümayişlər də yenidən canlanıb.
AzVision.az xəbər verir ki, "Xarici təsirin şəffaflığı haqqında" qanunun parlamentdə qəbuluna etiraz bildirən gənc etirazçılar şəhərin əsas yollarını yenidən nümayişlərlə iflic vəziyyətə salıblar.

Məlumata görə, aksiyalarda polislə toqquşmalar baş verib. Hüquq-mühafizə qüvvələri etirazçıları dağıtmağa çalışırlar. Saxlanılanlar barədə hələlik məlumat verilmir.

Parlamentin qarşısında isə hazırda dünənə nisbətən daha az nümayişçi toplaşıb.

Xatırladaq ki, aprelin 15-dən Tbilisidə sözügedən qanun layihəsinə etiraz məqsədilə geniş aksiyalar keçirilir.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Gürcüstan   qanun   etiraz  





Xəbər lenti