Paşinyan noyabra qədər sülh müqaviləsinin imzalanmasına razıdır

   Paşinyan noyabra qədər sülh müqaviləsinin imzalanmasına razıdır
  07 May 2024    Oxunub:1163
Ermənistanın baş naziri Nikol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıdır.
Paşinyan Putinlə gözlənilən görüşündən danışdı
Bu barədə o, mətbuat konfransında jurnalistlərə bildirib. Baş nazirin sözlərinə görə, sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqlar zamanı razılaşdırılmış və ictimaiyyətə bəlli olan bütün prinsipləri sənəddə qeyd etmək lazımdır.

Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına ümid edir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramovun erməni həmkarı Arart Mirzoyanla görüşü mayın 10-da Qazaxıstanda baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu ilin noyabrına qədər sənədin imzalanması kifayət qədər realdır.

Həmçinin bax:
Paşinyan Rusiya kanallarını bağlamaqla hədələdi

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti