Antalya bu il 17 milyon turisti qəbul etməyi planlaşdırır

   Antalya bu il 17 milyon turisti qəbul etməyi planlaşdırır
  09 May 2024    Oxunub:816
Antalyanı turizm mövsümünün dörd ayında 2 milyondan çox turist ziyarət edib. İlin sonuna qədər Aralıq dənizinin kurort əyalətini 17 milyondan çox turistin ziyatət edəcəyi planlaşdırır.
Bu barədə Aralıq dənizi Ölkələri Otelçilik və Turoperatorlar Assosiasiyasının (AKTOB) rəhbəri Kaan Kavaloğlu bildirib. Assosiasiyanın məlumatına görə, 2023-cü ildə Antalyada 15,7 milyon əcnəbi istirahət edib ki, bu da 2019-cu ilin rekord ilindən (15,3 milyon) 2,7% çoxdur. Keçən il təxminən 3,5 milyon rusiyalı Antalyaya səfər edib.

Kavaloğlunun sözlərinə görə, mövsümün əvvəlindən Antalyaya Rusiyadan gələn turistlərin sayında 20 faiz azalma müşahidə olunub: “Mövsümün əvvəlində ruslar qabaqda idi, amma indi almanlar onları geridə qoydular”.

Türkiyə turizm sənayesinin nümayəndələri daha əvvəl qeyd etmişdilər ki, qiymətlərin artması, o cümlədən daşınmaz əmlak və kirayə evlər, habelə Antalyada yaşamaq icazəsi almaqla bağlı problemlər rusların digər ölkələrə, xüsusən də BƏƏ və Balkanlara axınına səbəb olub.

Türkiyə Turizm Nazirliyinin məlumatına görə, ilin əvvəlindən Almaniyadan təxminən 540 min turist Antalyaya səfər edib, ikinci yerdə Rusiya (367 min nəfər), üçüncü yerdə Böyük Britaniya (266 min nəfər) qərarlaşıb. 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib, birinci yerdə Rusiya Federasiyası vətəndaşları (6,3 milyon nəfər) olub.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti