Slovakiyanın daxili işlər naziri: "Ölkə demokratiyasının ən pis gününü yaşayır"

      Slovakiyanın daxili işlər naziri:    "Ölkə demokratiyasının ən pis gününü yaşayır"
  15 May 2024    Oxunub:1372
"Baş nazir Robert Fitsoya qarşı sui-qəsd hücumu ilə bağlı təhqiqat başladılır".
AzVision.az xəbər verir ki, bu sözləri Slovakiyanın daxili işlər naziri Matuş Şutay Eştok "Facebook" hesabında yazıb.

"Demokratik suveren respublikamızın 31 ilində ilk dəfə kimsə siyasi fikrini seçkidə deyil, küçədə silahla bildirmək qərarına gəldi. Sui-qəsd cəhdi birmənalı qınaq obyektidir, lakin siyasi nifrət də yolverilməzdir", - nazir diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Slovakiya   nazir   Baş-nazir   sui-qəsd  





Xəbər lenti