"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı

  "Crocus" işinə görə saxlanılanların  həbs müddəti uzadıldı
  17 May 2024    Oxunub:876
Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalına hücum edən terrorçulara kömək etməkdə təqsirləndirilən daha dörd nəfərin həbsini avqustun 22-dək uzadıb.
Bu şəxslər Aminçon İslamov, Dilovar İslamov, İsrail İslamov və Əlişir Qasımovdur.

Bundan əvvəl məhkəmə iş üzrə 8 təqsirləndirilən şəxsin həbs müddətini uzadıb.

Xatlrladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb və auditoriyanı yandırıblar. Son məlumatlara görə, 145 nəfər ölüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti