Yenilənmiş 1 qəpik tədavülə buraxılıb

Yenilənmiş 1 qəpik tədavülə buraxılıb
  20 May 2024    Oxunub:869
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
Mərkəzi Bankdan AzVision.az -a verilən məlumata görə, yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldəki eyni nominallı metal pul nişanına müvafiq dəyişməz saxlanılıb.

Pul nişanı hazırda tədavüldəki eyni nominallı pul nişanları ilə paralel dövriyyədə olacaq.

AzVision.az


Teqlər: Mərkəzİ-Bank   pul-nişanı  





Xəbər lenti