Prezident vergi orqanlarında xidmət haqqında əsasnaməyə dəyişiklikləri təsdiqləyib
Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsi staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda və staj müddəti başa çatdıqdan sonra onun barəsində müsbət rəy verildikdə sınaq müddəti müəyyən edilmədən, habelə barəsində sınaq müddəti müəyyən edilmiş vəzifəli şəxs sınaq müddəti başa çatdıqdan sonra sınağın nəticəsi qaneedici olduqda, ilkin xüsusi rütbə verilməklə vergi orqanlarında daimi xidmətə qəbul edilir.
Staj müddəti başa çatdıqda stajın nəticəsi, sınaq müddəti başa çatdıqda isə sınağın nəticəsi qaneedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun xitam verilir.
AzVision.az
Teqlər: Prezident fərman vergi əsasnamə