Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır
  20 May 2024    Oxunub:853
Mayın 21-i saat 02:00-dan mayın 24-ü saat 22:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur

AzVision.az .


Teqlər: AAYDA   Bakı   küçə   nəqliyyat  





Xəbər lenti