Muxtar Babayev Tacikistanın sənaye naziri ilə görüşüb

Muxtar Babayev Tacikistanın sənaye naziri ilə görüşüb
  20 May 2024    Oxunub:1035
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Tacikistan   nazir   görüş  





Xəbər lenti