Masallıda həmkəndlisini öldürən şəxs tutulub

Masallıda həmkəndlisini öldürən şəxs tutulub
  20 May 2024    Oxunub:914
Mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az - bildirilib ki, araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

AzVision.az


Teqlər: cinayət   Baş-Prokurorluq  





Xəbər lenti