Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verilib
Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb.
Xatırladaq ki, “Laçın” təyyarələrində nəzərdə tutulan “KGK” avadanlığının əsas üstünlüyü raketin buraxıldığı yerdən 110 kilometrlik məsafədəki hədəfi məhv edə bilməsi üçün doğru istiqamətləndirmək, eləcə də 37 kilometrdən də artıq yüksəklikdən atılan raketi belə dəqiq tuşlamaq qabiliyyətidir.(APA)
AzVision.az
Teqlər: