Qazaxıstanla dənizçilərin diplomları qarşılıqlı tanınacaq

   Qazaxıstanla dənizçilərin diplomları qarşılıqlı tanınacaq
  21 May 2024    Oxunub:804
Azərbaycanla Qazaxıstan arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomları qarşılıqlı tanınacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə səsverməyə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti