Daha bir şəhidimiz 32 ildən sonra dəfn olundu

   Daha bir şəhidimiz 32 ildən sonra dəfn olundu
  21 May 2024    Oxunub:957
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri, Xasiyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.



Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı qızı Xəyalə Xasıyevaya təqdim edilib. Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

AzVision.az



Teqlər:





Xəbər lenti