Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı

   Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı
  21 May 2024    Oxunub:870
Ağstafa rayon Yenigün kənd E. Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb. Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E. Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti