Şeyx İran səfirliyində - Fotolar

   Şeyx İran səfirliyində -    Fotolar
  21 May 2024    Oxunub:1149
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İranın ölkəmizdəki səfirliyində olub.
QMİ-nin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, o, İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, Təbrizin imamı Məhəmməd Əli Haşeminin və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

A.Paşazadə matəm kitabına ürək sözlərini yazıb.



AzVision.az


Teqlər:





Xəbər lenti