Bakıda elektrik enerjisi verilişində fasilələr yaranacaq

   Bakıda elektrik enerjisi verilişində fasilələr yaranacaq
  21 May 2024    Oxunub:769
"Azərişıq" ASC-nin Bakı şəhərinin bir sıra ərazisində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində planlı fasilələr yaranacaq.
AzVision.az xəbər verir ki, qurum bu barədə abonentlərə müraciət ünvanlayıb.

Fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və s. profilaktik işlərin görülməsi nəzərdə tutulur.

Ətraflı məlumatı "Azerishiq.az" saytında "Planlı fasilələr" bölməsində tapmaq mümkündür.

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təminatı Cəmiyyətin qarşıya qoyduğu ən vacib məsələlərdəndir. Yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra iş görülməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, regionlarda və Bakıda elektrik təsərrüfatının yaxşılaşıdırılması məqsədilə "Azərişıq" bir sıra tədbir həyata keçirir.

AzVision.az


Teqlər: Azərişıq   elektrik   fasilə  





Xəbər lenti