Mehriban Əliyeva çempion cüdoçumuzu təbrik edib

Mehriban Əliyeva çempion cüdoçumuzu təbrik edib
  21 May 2024    Oxunub:779
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu qazanması münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, o bu barədə "İnstagram" hesabında yazıb:

"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

AzVision.az


Teqlər: Mehriban-Əliyeva   təbrik   cüdoçu   çempion  





Xəbər lenti