Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq -  YENİLƏNİB
  22 May 2024    Oxunub:761
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı müraciət edib.
AzVision.az müraciəti diqqətə çatdırır:

"Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, yerüstü piyada keçidinin inşası ilə əlaqədar, sabah saat 00:00-dan 07:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində avtonəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmaları, yol nişanlarının tələblərinə, sürət rejiminə ciddi riayət etmələri, özlərinin, digər hərəkət iştirakçılarının və təmir briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmələri xahiş olunur".

* * *

15:40
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 00:00-dan 07:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

AzVision.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. "Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: yol   məhdudiyyət  





Xəbər lenti