Səfirimiz BƏƏ xarici işlər nazirinin mükafatına layiq görülüb

Səfirimiz BƏƏ xarici işlər nazirinin mükafatına layiq görülüb
  22 May 2024    Oxunub:1113
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayid Al Nəhyan nazirliyin Əbu-Dabidəki mənzil-qərargahında keçirilən mərasimdə "5-ci xarici işlər naziri mükəmməllik mükafatı”nın 34 qalibini təltif edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov da mükafatçılar sırasında olub.

18 diplomatik nümayəndəlik və nazirliyin 9 idarəsi mükafatlandırılıb.

Mükafatlar innovasiyaların təşviqi, uyğunlaşma və irəli düşünmə qabiliyyəti, təşəbbüskarlıq və məsuliyyətlilik kimi bir çox meyar nəzərə alınaraq təqdim edilib.

Nazir çıxış edərək qaliblərin qabaqcıl təşəbbüslərini, yaradıcı ideyalarını, işlərində mükəmməlliyə və yeniliyə sadiqliklərini yüksək qiymətləndirdiyini bildirib.

AzVision.az


Teqlər: Azərbaycan   BƏƏ   səfir   mükafat  





Xəbər lenti