Mərkəzi Hərbi hospitalın keçmiş rəisi dünyasını dəyişib

Mərkəzi Hərbi hospitalın keçmiş rəisi dünyasını dəyişib
  24 May 2024    Oxunub:1192
Azərbaycanın əməkdar həkimi, tibb elmləri namizədi, Birinci Qarabağ müharibəsi veteranı, AR Silahlı Qüvvələrində hərbi tibb sahəsinin qurucularından biri olmuş və uzun illər Mərkəzi Hərbi hospitalın rəisi vəzifəsində qulluq keçmiş tibb xidməti polkovniki İbrahimov Vaqif Şirəli oğlu vəfat edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə onun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Qeyd edək ki, Vaqif həkim ədliyyə polkovnik-leytenantı Azər İbrahimovun atasıdır.

AzVision.az


Teqlər: həkim   polkovnik   vəfat  





Xəbər lenti