Şuşada bərpa edilmiş memarlıq abidələrinin sayı açıqlanıb
Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və tədbir iştirakçıları ilə görüşüblər. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin memarlıq abidələrinin bərpası istiqamətində bu səpkili plenumlar müstəsna rol oynayır.
Görüş zamanı diqqətə çatdırılıb ki, işğaldan əvvəlki dönəmə qədər Şuşada 200-ə yaxın tarixi memarlıq abidəsi mövcud olub, lakin 30 il ərzində onların demək olar ki, hamısı yararsız hala salınıb, hətta bəziləri tamamilə məhv edilib. Bu gün aparılmaqda olan bərpa prosesində yerli mütəxəssislərin çox böyük rol oynadığı vurğulanıb və ötən dönəm ərzində 18 memarlıq abidəsinin bərpa edildiyi bildirilib. Bununla yanaşı, Şuşanın beynəlxalq müstəvidə tanıdılması və təcrübə mübadiləsinin aparılması istiqamətində ötən il Türk dünyası memarlarının “Şuşa simpoziumu”nun keçirildiyi, bu il isə İslam dünyası memarlarının bir araya gətilməsinin nəzərdə tutulduğu bildirilib.
AzVision.az
Teqlər: Qarabağ quruculuq bərpa