Subasma təhlükəsi ilə bağlı xəbərdarlıq

   Subasma təhlükəsi ilə bağlı xəbərdarlıq
  26 May 2024    Oxunub:1047
Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir”.
Bunu AzVision.az -a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, Debed çayının Kürə töküldüyünü nəzərə alaraq, eyni zamanda qonşu Gürcüstanda Kürə yağan leysan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:

“Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin kəskin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərindən keçən bəzi hissələrində subasma olacağı istisna olunmur.

Yaranmış vəziyyətlə əlaqədar olaraq həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaları xahiş edilir, sahillərdən məsafə saxlamaları tövsiyə olunur”.

AzVision.az


Teqlər:





Xəbər lenti