Havada tozun konsentrasiyası daha da artıb

   Havada tozun konsentrasiyası daha da artıb
  26 May 2024    Oxunub:1124
Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.
AzVision.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva deyib.

O bildirib ki, peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

AzVision.az


Teqlər:





Xəbər lenti