"Prius"u qucağında uşaq sürdü - Video
Hadisə ilə bağlı Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, sürücü özü ilə yanaşı uşağın da həyat və sağlamlığını düşünməyib: “Sözügedən videoda açıq-aşkar görünür ki, nəqliyyat vasitəsinin, sükanın idarəsi sürücüdən başqa həm də uşağa həvalə olunub. Bu, birmənalı olaraq kobud qayda pozuntusudur. Nəzərə almır ki, nəqliyyat vasitəsinin belə idarə olunması sonra arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Qeyd olunan videodakı sürücü tərəfimizdən araşdırılır. Onunla bağlı qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcək. Qayda pozuntusu inzibati məsuliyyət yaradır. Eləcə də həmin sürücü və azyaşlı ilə profilaktik söhbətlər aparılacaq”.
AzVision.az
Teqlər: