Azərbaycan və Serbiyanın hərbi-mülki ekspertləri görüşüblər - FOTO

Azərbaycan və Serbiyanın hərbi-mülki ekspertləri görüşüblər -    FOTO
  27 May 2024    Oxunub:1043
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.

Serbiyalı nümayəndələr CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.

Təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Serbiya   görüş  





Xəbər lenti