65 gün komada qalan qadın sağaldı

   65 gün komada qalan qadın sağaldı
  30 May 2024    Oxunub:766
65 gün koma vəziyyətində müalicə alan qadın evə buraxılıb.
Bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Şamaxı Abbasova klinikaya böyrək daşı, sepsis, poliorqan çatışmazlığı diaqnozları ilə qəbul edilib. Daha sonra xəstəyə kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub və bu səbəblə o, süni tənəffüs aparatına qoşulub.

Üç aya yaxın klinikanın reanimasiya şöbəsində, daha sonra terapiya şöbəsində stasionar müalicə alan xəstə multidisiplinar yanaşma sayəsində ağır vəziyyətdən xilas edilərək ambulator müalicə üçün evə yazılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti