Azərbaycanla ÜTT arasında əməkdaşlıq müzakirə olundu - YENİLƏNİB
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
AzVision.az
Teqlər: