Dövlət Xidməti Göygöldə gənclərlə görüş keçirib

Dövlət Xidməti Göygöldə gənclərlə görüş keçirib
  07 İyun 2024    Oxunub:714
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Göygöl rayon icra hakimiyyəti tərəfindən gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.
Dövlət Xidmətindən AzVision.az -a verilən xəbərə görə, tədbirdə Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev, Dövlət Xidmətinin, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən SHXÇDX-nin rəhbər şəxsləri gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıblar. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyi vurğulanıb. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu bildirilib.

Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti