Daşnaksütyunun 13 üzvü saxlanıldı

   Daşnaksütyunun 13 üzvü saxlanıldı
  15 İyun 2024    Oxunub:1123
Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanları Daşnaksütyun Partiyasının 13 üzvünü saxlayıb.

Daşnaksütyun Partiyasının ali orqanının üzvü Gerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan daha bir nəfər üç aylıq həbs cəzasına məhkum edilib.

Saxlanılanlar arasında 2 qadın da var.

AzVision.az





Teqlər:





Xəbər lenti