Papikyan Parisə getdi

Papikyan Parisə getdi
  17 İyun 2024    Oxunub:1096
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa gedib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Papikyan: "Parislə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib"
Qeyd edilir ki, nazirlə bərabər Müdafiə Nazirliyinin nümayəndə heyəti də Parisə yola düşüb. Səfərin gündəliyi və planlaşdırılan görüşlər açıqlanmayıb.

Xatırladaq ki, Papikyanın qışda da Fransaya işgüzar səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanıb. Oxşar müqavilələr 2023-cü ilin oktyabrında da Ermənistan paytaxtında imzalanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paris   Ermənistan  





Xəbər lenti