Avro-2024: Slovakiya Belçikanı məğlub etdi

   Avro-2024:  Slovakiya Belçikanı məğlub etdi
  17 İyun 2024    Oxunub:1416
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib
AzVision.az xəbər verir ki, E qrupunun ikinci matçında Belçika və Slovakiya komandaları üz-üzə gəlib. Oyun slovakların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 7-ci dəqiqədə İvan Şrants vurub.

Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti