Ermənistan Fransadan CAESAR özüyeriyən haubitsaları alacaq

   Ermənistan Fransadan CAESAR özüyeriyən haubitsaları alacaq
  18 İyun 2024    Oxunub:925
Ermənistan Fransadan CAESAR özüyeriyən haubitsaları alacaq.
Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, "Eurosatory" müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində ermənistanlı həmkarı Suren Papikyanla görüşüb.

“Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq”.

AzVision.az


Teqlər:





Xəbər lenti