Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi azalıb

Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi azalıb
  19 İyun 2024    Oxunub:913
Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% azalaraq 92,036 milyard yen (təxminən 583 milyon dollar) təşkil edib.
Bu barədə məlumat Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistikda yer alıb. Ticarət dövriyyəsində əsas kateqoriyalar Yaponiya avtomobilləri və Rusiyanın enerji resurslarıdır.

Sanksiya məhdudiyyətləri şəraitində Yaponiya minik avtomobillərinin Rusiyaya tədarükü 21,9% azalıb. Eyni zamanda Rusiya maye qazının və kömürün alışı müvafiq olaraq 40,5% və 19,9%-ə düşüb.

Digər mühüm məhsul kateqoriyası Rusiya ərzaq məhsullarıdır ki, bu da dövriyyənin 14,18%-ni təşkil edir. Yaponiya may ayında Rusiyadan balıq və balıq məhsulları idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,9% artırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti