Ağ Evdə İsrailə “F-15”lərin satışı ilə bağlı heç bir irəliləyiş əldə edilməyib

Ağ Evdə İsrailə “F-15”lərin satışı ilə bağlı heç bir irəliləyiş əldə edilməyib
  19 İyun 2024    Oxunub:659
ABŞ prezidenti Cozef Baydenin administrasiyası “F-15” qırıcılarının İsrailə satışı ilə bağlı heç bir irəliləyiş əldə etməyib.
Bu barədə Amerika rəsmilərinə istinadən “Wall Street Journal” məlumat yayıb. Qeyd olunub ki, İsrailə qırıcıların tədarükünün gecikməsinin səbəbi Baydenə qarşı öz partiyası tərəfindən edilən təzyiq və respublikaçıların tənqididir.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Ağ Evin təzyiqi altında yəhudi dövlətinə silah verilməsinə qarşı çıxan iki nüfuzlu demokrat deputat öz mövqelərini dəyişib.

Buna görə də sazişin Konqres tərəfindən bloklanacağı ehtimalı azdır. Bu da öz növbəsində İsrailə ən böyük silah satışlarından biri olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti