"Bir ay ərzində sülh sazişi bağlamağa hazırıq" - Mirzoyan

"Bir ay ərzində sülh sazişi bağlamağa hazırıq"   - Mirzoyan
  20 İyun 2024    Oxunub:908
"Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsinə dair göndərdiyi təkliflərdən Bakıdan hələlik cavab almayıb".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberqislə keçirdiyi brifinqdə deyib.

"İrəvan Azərbaycan tərəfinə konstruktiv təkliflər göndərib və bir ay ərzində saziş bağlamağa hazırdır. Lakin təəssüf olsun ki, hələ də Bakıdan cavab almamışıq", - nazir qeyd edib.

Mirzoyan onu da vurğulayıb ki, o, litvalı həmkarı ilə həm Cənubi Qafqazda, həm də onun hüdudlarından kənarda bölgəyə fayda verə biləcək kommunikasiyalar layihəsinin açılması məsələlərini müzakirə edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti