Məkkədə 98 hind zəvvar öldü

  Məkkədə 98 hind zəvvar öldü
  21 İyun 2024    Oxunub:1464
Məkkədə Həcc ziyarəti zamanı 98 Hindistan vətəndaşı vəfat edib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval brifinqdə bildirib.
"Bu il Həcc ziyarətinə 175 min hindistanlı zəvvar gedib və onlardan 98 nəfər dünyasını dəyişib", - o deyib. Onun sözlərinə görə, hindlilərin ölümünə xroniki xəstəliklər səbəb olub.

Caisval xatırladıb ki, 2023-cü ildə Məkkədə Həcc ziyarəti zamanı 187 Hindistan vətəndaşı həlak olub.

“The İndependent” yazır ki, son günlər temperaturun 51,8 dərəcəyə çatdığı Məkkədə isti hava səbəbindən Həcc ziyarəti zamanı ölənlərin sayı 1081 nəfərə çatıb. Ötən il isə təxminən 300 nəfər dünyasını dəyişib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti