Kuba CAR-ın İsrailə qarşı iddiasını dəstəkləyir

   Kuba CAR-ın İsrailə qarşı iddiasını dəstəkləyir
  22 İyun 2024    Oxunub:1029
Rəsmi Havana Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırımı iddiasını dəstəklədiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Fələstin xalqına qarşı törədilən soyqırımını dayandırmaq bacardıqca töhfə verməyə hazırıq. ABŞ-nin himayə altındakı İsrail tamamilə cəzasız qalaraq, Dördüncü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət kimi öz öhdəliklərini heçə sayır. Soyqırımı, aparteid, məcburi köçkünlük və kollektiv cəza hazırkı dünyada yolverilməzdir. BMT-nin nizamnamə və beynəlxalq hüquq zəminində ədalət öz yerini tapmalıdır", - bəyanatda vurğulanır.

Xatırladaq ki, Çili və İspaniya da CAR-ın Beynəlxalq Ədalət Məhkəməsində irəli sürdüyü iddiaya qoşulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kuba   CAR   İsrail   məhkəmə  





Xəbər lenti