Qəzzalı tələbələr: "Artıq gələcəyimiz yoxdur"

Qəzzalı tələbələr:    "Artıq gələcəyimiz yoxdur"
  22 İyun 2024    Oxunub:1260
(Qəzzada sığınacaq kimi işlədilən məktəb binası)

Qəzza zolağında 40 minə yaxın tələbə müharibə səbəbi ilə öz təhsil karyeralarında irəliləməkdən məhrum qalıb.
AzVision.az xəbər verir ki, həmin tələbələrdən biri - müharibədə dağıdılan Qəzza Əl-Əzhər Universitetinin tətbiqi tibb elmləri fakültəsinin müdavimi Dua Əz-Zanin "Al Jazeera"ya müsahibəsində müharibənin tezliklə bitməsini arzuladığını dilə gətirib.

"Müharibə başlamazdan qabaq cidd-cəhdlə oxuyur, çalışırdım. Oktyabrda isə müharibə qopdu. Əksər məktəb və universitetlərin binaları xarabalığa çevrildi. Artıq gələcəyimiz, təhsil həyatımız yoxdur, lakin amalımdan əl çəkməyəcəyəm. Sığınacaqda da dərslərimi oxumaqdayam", - xanım tələbə deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   təhsil  





Xəbər lenti