Dağıstanda silahlı hücum: Ölənlərin sayı 9-a çatıb - Yenilənib

 Dağıstanda silahlı hücum:  Ölənlərin sayı 9-a çatıb - Yenilənib
  23 İyun 2024    Oxunub:1252
Mahaçqala və Dərbənddə yaraqlıların hücumları nəticəsində 9 nəfər ölüb. Onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
25 nəfər yaralanıb. Bu barədə Dağıstan Respublikası Müftiliyinin Telegram kanalında məlumat verilib.

“Dəhşətli terror aktlarının qurbanları hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və sadə vətəndaşlar olub.

Ölənlərin sayı 9 nəfərə çatıb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 25 nəfər yaralanıb”, - məlumatda deyilir.



***
Dərbənddə kilsə və sinaqoqa, eləcə də Mahaçqalada yol polisi postuna hücumdan sonra Rusiya İstintaq Komitəsi terrorizmlə bağlı cinayət işi açıb.

Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, keşiş Nikolay Ata və ən azı iki polis əməkdaşı həlak olub. Daha 7 polis əməkdaşı yaralanıb. Dərbənddə kilsə və sinaqoqa hücum Bakı vaxtı ilə saat 19:00 radələrində baş verib: bir polis ölüb, digəri yaralanıb. Daha sonra Dağıstanda yol polisi postuna hücum nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı polis yaralanıb.

Dağıstanın Daxili İşlər Nazirliyi iki yaraqlının öldürüldüyünü təsdiqləyib.

***
Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.

“Bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna silahlı hücumlar edilib. İlkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları öldürülüb”, - məlumatda deyilir.

Komitədən aydınlıq gətirilib ki, hüquq-mühafizə orqanları cinayətkarların axtarışı və tutulması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti