Borrel: "Müharibə Livana sıçrayır"

      Borrel: "Müharibə Livana sıçrayır"
  24 İyun 2024    Oxunub:1120
"Yaxın Şərqdə müharibənin genişlənməsi riski ilə üz-üzəyik".
AzVision.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Brüsseldə XİN rəhbərlərinin aylıq görüşündən qabaq jurnalistlərə açıqlamasında söyləyib.

"İsrail-HƏMAS müharibəsinin Livanın cənubuna və regiona yayılması qaçılmaz hala gəlib", - Aİ rəsmisi vurğulayıb.

Aydındır ki, Borrel bu ifadələri ilə həm İsrailin Livana qarşı böyük əməliyyatına , həm də "Hizbullah" lideri Həsən Nəsrullahın Kipr hökumətini İsrailə dəstəyinə görə hədələməsinə eyham vurur. Görünür, o, Yaxın Şərqdə müharibənin təkcə Livana yox, Kipr vasitəsilə Avropaya da yayılmasından narahatdır.
Yunanıstanın XİN rəhbəri: "Kiprə qarşı hədə-qorxu yolverilməzdir"

Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis də "Avropa İttifaqının suveren dövlətinə (Kiprə - red.) qarşı bu cür hədələri yolverilməz" kimi qiymətləndirmişdi.

Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah ötən həftə Kipr hökumətinə hava limanlarını və bazalarını İsrailə açmamaq barədə xəbərdarlıq göndərib. Kipr isə, öz növbəsində, bu məsələdə bitərəfliyini açıqlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:     Livan   Kipr   müharibə  





Xəbər lenti