Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına rəsmən başladı

   Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına    rəsmən başladı
  25 İyun 2024    Oxunub:781
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, Avropa İttifaqının (Aİ) Ukrayna və Moldova ilə üzvlük danışıqlarına rəsmən başladığını açıqlayıb.

Avropa İttifaqında Mişel-Ursula qarşıdurması güclənir
"Moldova və Ukraynanı üzvlük danışıqlarının başlaması münasibətilə təbrik edirəm. Bu, Ukrayna xalqı, Moldova və bütün Avropa İttifaqı üçün çox yaxşı xəbərdir. Qarşıdakı yol çətin, lakin imkanlarla dolu olacaq", - o, "X"də yazıb.

Avropa Komissiyasının sədri paylaşdığı videomüraciətində qeyd edib ki, “biz vacib və transformasiyalı bir məqamın astanasındayıq, bizi birləşdirən prinsip və dəyərlərə hörmət edirik”.

O, Avropa İttifaqının həmişə siyasi və iqtisadi birlikdən daha geniş bir məfhuma malik olduğunu vurğulayıb. AK rəhbərinin sözlərinə görə, bu addım sülh, təhlükəsizlik, demokratiya və firavanlıq üçün kollektiv istəyin sübutudur.

Fon der Leyen həmçinin onu da əlavə edib ki, Ukrayna və Moldova xalqları Avropa layihəsinin bir hissəsi olmaq üçün sarsılmaz sadiqlik və qətiyyət nümayiş etdiriblər: "Hətta müharibə və çaxnaşmalar zamanı belə onlar böyük genişmiqyaslı islahatlara başlayıblar. Bu ölkələr bilirlər ki, onların yolu gərgin və tələbkar olacaq. Üzvlük danışıqları namizədləri üzvlük məsuliyyətlərinə hazırlamaq üçün nəzərdə tutulub. Məhz buna görə Aİ-yə qısa yol yoxdur".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna    





Xəbər lenti